Məhdudiyyətlət avqustun 15-dək davam edəcək
Özbəkistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə tətbiq olunan karantin rejimi avqustun 15-dək uzadılıb. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə hökumət qərar verib.
Özbəkistanın Operativ Qərargahı açıqlamada qeyd edib ki, avqustun 1-dək tətbiq olunan karantin məhdudiyyətləri avqustun 15-dək uzadılır.
“Vətəndaşlar üçün toy və ailə məclislərinin keçirilməsi ilə bağlı qadağalar, ictimai yerlərdə maska taxmaq və sosial məsafə saxlamaq tələbləri qüvvədə qalır”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Özbəkistanda ümumilikdə 20 min 226 yoluxma, 112 ölüm halı qeydə alınıb.