Valideynlərin diqqətli olmaları üçün arzuolunmaz nümunə

Dünya

03.07.2019 - 20:57

Nəqliyyat naziri Andrev Konsrans valideynlərə xəbərdarlıq edib

 

Avstraliyanın Sidney şəhərində dəmiryol stansiyasında bədbəxt hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qatar dəmiryol stansiyasında dayanıb və sərnişinlər qatara minməyə başlayıblar.

 

Bu zaman azyaşlı bir oğlan qatar ilə platforma arasındakı boşluğa yıxılıb. Sərnişinlər və işçi personalı uşağı çətinliklə oradan çıxara biliblər və yüngül xəsarətlə qurtulub.

 

Bu hadisədən sonra Avstraliyanın Nəqliyyat naziri Andrev Konsrans valideynlərə xəbərdarlıq edib. O, baş verə biləcək bədbəxt hadisələrdən qorunmaları üçün valideynləri diqqətli olmağa çağırıb.

Müəllif: Ayna.az