Pentaqondan Ərdoğana cavab gecikmədi

Dünya

06.10.2019 - 01:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalinda ölkəsinin keçirəcəyi hərbi əməliyyat xəbərinə Pentaqondan cavab gəlib


AYNA xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda Türkiyənin verdiyi qərardan çəkinməsi tövsiyə olunur. “Türkiyənin bu addımı Suriyanın Ankara ilə razılaşdırılmamış hərbi əməliyyatı hesab olunur və bu ciddi nəticələrə gətirib çıxara bilər. Bu, həmçinn ABŞ-Türkiyə münasibətlərini sarsıdar. Biz qüvvələrimizi cəmləyirik ki, təhlükəsizlik mexanizmi işləsin. Hərbi əməiyyatlar olmadan vəziyyətin həllinə çalışırıq. Əgər hərbi əməliyyatlar başlasa, bu, ümumi maraqlara xələl gətirəcək. Həmçinin yenidən terrorçu qüvvələrin alovlanmasına imkan verəcək”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, baş verənlərə Suriya Xarici İşlər naziri Valid Muallemdən də açıqlama gəlib: “Vaşınqton və Ankaranın şimali Suriyada yaratmaq istədiyi təhlükəsizlik zonası planı BMT Qətnaməsi və beynəlxalq hüquq normalarını çeynəməkdir".

 

Müəllif: Raminə Eyvazqızı