Koronavirus can almaqda davam edir
Moskvada sutka ərzində daha 37 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4205 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 733 699, ölənlərin sayı isə 11 439 nəfərdir.