Uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Newark Liberty” beynəlxalq hava limanından bütün uçuşlar təxirə salınıb.
“CNN İnternational” -a hadisə ilə bağlı məlumat verən Con Murray adlı sərnişin, Nyu-Yorka getmək üçün mindiyi təyyarənin uçuşa başladıqdan 10 dəqiqə sonra havalimanına qayıtdığını deyib.
Havalimanı rəhbərliyindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. Uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil.