Qəzza zolağında toqquşmalar: <font color=red> 96 fələstinli xəsarət alıb</font>

Dünya

02.11.2019 - 09:42

Ötən ilin 30 martından fələstinlilər "Böyük qayıdış" şüarı ilə İsraildə və Qəzza sektorunda dinc aksiyalar keçirirlər

 

Qəzza zolağındakı etiraz aksiyalarının İsrail ordusu tərəfindən dağıdılması zamanı 96 fələstinli xəsarət alıb.

 

AYNA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi bildirib.

 

Məlumata görən, onlardan 57-i döyüş güllələrinin tətbiqi nəticəsində zərər çəkiblər.

 

Yaralıların sağlamlıq vəziyyəti haqqında informasiya verilmir.

 

Ötən ilin 30 martından fələstinlilər "Böyük qayıdış" şüarı ilə İsraildə və Qəzza sektorunda dinc aksiyalar keçirirlər. Fələstinlilərin aksiyalarının dağıtmasının gedişatında İsrail hərbçiləri döyüş güllələri tətbiq ediblər.

 

İndiyə kimi aksiyaların gedişatında 200-dən çox fələstinli həlak olub.

 

Müəllif: Ayna.az