Moskvada daha 14 nəfər koronavirusun qurbanı olub

Dünya

18.07.2020 - 06:53

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 285 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 759 203, ölənlərin sayı isə 12 123 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş