Efiopiyada ara qarışdı: Müdafiə naziri öldürüldü

Dünya

23.06.2019 - 18:05

Efiopiyada dövlət çevrilişinə cəhd olub

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyada dövlət çevrilişinə cəhd baş verib. Cəhd gedişində ölkənin müdafiə naziri Seare Mekonnen öz evində mühafizəçiləri tərəfindən öldürülüb. Dövlət rəsmisi Niqasu Tilahunun mətbuata verdiyi açıqlamada çevrilişə cəhdin qarşısı alındığını və bir çox üsyançının saxlanıldığını bildirib.

 

Qeyd edək ki, Efiopiya Federal Demokratik Respublikası etnik köklərə görə təşkil edilmiş 9 əyalətdən və 2 müstəqil şəhər birliyindən təşkil edilib.

Müəllif: Ayna.az