Hadisə nəticəsində 14 mülki vətəndaşın həyatını itirdiyini, 48 nəfərin yaralandığını açıqlanıb
Əfqanıstanın şimalındakı Fəryab vilayətində bazar bazar yerinə minaatandan zərbə endirildiyi, nəticədə 14 vətəndaşın öldüyü bildirilir.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Fəryab Polis İdarəsinin sözçüsü mətbuata verdiyi açıqlamada vilayətə aid Xoca Sabzpoş şəhərinin mərkəzindəki bazar yeri minaatandan bir neçə dəfə atəşə tutulub.
Fəryab Dövlət Xəstəxanasının baş həkimi atəş nəticəsində 14 mülki vətəndaşın həyatını itirdiyini, 48 nəfərin yaralandığını açıqlayıb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu, ölü sayının artma ehtimalının çox olduğu vurğulanıb.