Əfqanıstandakı ABŞ qoşunlarının sayının 14000-dən 8000-ə qədər endiriləcəyi bildirilib
Taliban ABŞ-ın Əfqanıstandakı əsgərləri ilə sülh danışıqlarına başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Taliban rəsmisi ABŞ-la fikir ayrılıqlarını həll etdiyini söyləyib.
ABŞ və Talibandan olan rəsmi heyət “Doha konfransı”nda bu qərara gəlib.
Taliban qüvvələrinin Əfqanıstan hökuməti ilə bağladığı müqavilə əsasında, Əfqanıstandakı ABŞ qoşunlarının sayının 14000-dən 8000-ə qədər endiriləcəyi bildirilib.
“Bu müqavilənin dönüş nöqtəsi olacağına ümid edirik. Güman edirik ki, heç bir maneə olmayacaq, lakin bu amerikalıların da məsuliyyətindən aslıdır”, - deyə Taliban rəsmisi qeyd edib.