İsrail Suriyanı bombalayıb, raket Şimali Kiprə düşüb

Dünya

01.07.2019 - 13:21

Raketin hədəfə çatmazdan əvvəl havada partlayaraq alışıb

 

Şimali Kipr Türk Respublikasının (ŞKTR) ərazisinə Suriyaya aid olduğu deyilən raket düşüb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə ŞKTR-in Daşkənd kəndi yaxınlığına düşən mərminin Suriyaya aid raket olduğu bildirilib.

 

Yerli saatla 10:30-da ŞKTR Baş Nazirinin müavini Qüdrət Özersay məsələ ilə bağlı açıqlama yayıb. O, raketin hədəfə çatmazdan əvvəl partlayıb alışdığını bildirib.

 

Qeyd edək ki, İsrail qırıcı təyyarələri dünən gecə Suriyanın Homs və Şam şəhərlərində yer alan Suriya ordusunun hərbi məntəqələrini bombalayıb. Şimali Kiprə düşən raketin hücum zamanı aktivləşən raket əleyhinə müdafiə sisteminə aid olduğu ehtimal olunur.

Müəllif: Ayna.az