Moskvada daha 13 nəfər koronavirusdan ölüb

Dünya

17.07.2020 - 04:56

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Moskvada sutka ərzində daha 13 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4271 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 752 797, ölənlərin sayı isə 11 937 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş