Bill Qeyts “Forbes”in reytinqində gerilədi

Dünya

06.11.2019 - 08:30

Dünyanın ən varlı insanı “Amazon”un təsisçisi Ceff Bezosdur

 

“Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno “Forbes”in reytinqdə ikinci yerə qalxıb.

 

 AYNA-nın məlumatına görə, onun sərvəti 107 milyard dollar təşkil edib. 

 

Dünyanın ən varlı insanı isə həmişəki kimi “Amazon”un təsisçisi Ceff Bezosdur. Onun sərvəti 112,4 milyard dollar məbləğində qiymətləndirilir. “Microsoft”un yaradıcısı Bill Qeyts isə geriləyərək üçüncü yerdə qərarlaşıb (106,9 milyard dollar).

 

Qeyd edilir ki, 70 yaşlı Arnonun sərvəti 0,68 faiz – 726 milyon dollar, Qeytsin isə 46 milyon dollar artıb.

 

Dünyanın ən varlı insanlarının siyahısının ilk beşliyində Uorren Baffet (87,3 milyard dollar) və “Facebook”un təsisçisi Mark Tsukerberq (72 milyard dollar) yer alıblar.

 

Müəllif: Ayna.az