Moskvada daha 10 nəfər koronavirusdan ölüb

Dünya

28.07.2020 - 03:52

Ölkədə 201 437 aktiv koronavirus xəstəsi var 

 

Moskvada sutka ərzində daha 10 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 421 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 818 120, ölənlərin sayı isə 13 354 nəfərdir. Ölkədə 201 437 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş