Donald Trampın Prezident seçildikdən bu yana minlərlə sosial media istifadəçisini blokladığı bildirilir
ABŞ Apellyasiya Məhkəməsi Donald Trampın “Twitter” istifadəçilərini bloklamasını qadağan edib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi ABŞ Prezidentinin şəxsi “Twitter” hesabında yazdığı yazıları digər istifadəçilərə bağlamasını və onları bloklamasını konstitusiyaya əsaslanaraq qadağan edib.
Tramp və işçiləri sosial mediada blokladığı bəzi istifadəçilər tərəfindən məhkəməyə verilib. Ölkə başçısının vəkilləri sosial media profillərinin şəxsi mülk olduğunu, buna görə də istədikləri formada istifadə edə biləcəklərini bildiriblər. Lakin məhkəmə dövlət rəsmilərinin, xüsusilə də vəzifəsi qeyd edilərək istifadə edilən profillərdə bütün məlumatların şəffaf olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Donald Trampın Prezident seçildikdən bu yana minlərlə sosial media istifadəçisini blokladığı bildirilir.