Ticarət müharibəsi kəskinləşir: <font color=red> ABŞ milyardlarla dollar itirib</font>

Dünya

27.08.2019 - 22:25

"Çin Fövqaladə İqtisadi Güc Qanununu yaddan çıxarıb”

 

ABŞ və Çin arasında baş verən ticarət müharibəsi günü-gündən kəskinləşir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Trampın verdiyi açıqlamaya görə ABŞ-ın Çinə görə hər il milyardlarla dollar itirdiyini və ABŞ-ın əvvəlki siyasi rəhbərlərinin də buna şərait yaratdığını bildirib.

 

Belə bir ticarət əlaqəsinə icazə verməyəcəyini iddia edən Tramp, Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının artırılacağını da söyləyib.

 

Daha sonra Tramp bütün ABŞ şirkətlərinə müraciət edib: “Nəzərə alın ki, Çin illərdir ABŞ-dan külli-miqdarda vəsait əldə edir. Lakin buna baxmayaraq Çində sərmayəsi olan ABŞ şirkətlərinin məhsullarına da qadağa tətbiq etməyə çalışır. Deyəsən Çin, 1977-ci ildə imzalanmış Fövqaladə İqtisadi Güc Qanununu yaddan çıxarıb” .

Müəllif: Ayna.az