Macarıstanda mediaya dəstək aksiyası keçirilib

Dünya

25.07.2020 - 18:44

Həkimlər Klinikalar SEO Xidməti

Macarıstanın paytaxtı Budapeştdə minlərlə adam müstəqil media üçün küçələrə çıxıb


Şərqi Avropa ölkəsi olan Macarıstanda “İndex” xəbər saytının baş redaktorunun işdən çıxarılmasından sonra insanlar etiraz üçün küçələrə çıxıb. AYNA xəbər verir ki, aksiyaçılar hökümətin müstəqil mediaya müdaxiləsinə etiraz ediblər. Cümə günü baş tutan aksiyada iştirakçılar əllərində “müstəqil media” yazılmış plakatlar qaldırıb, Sandor sarayı önündə toplaşaraq Baş nazir Viktor Orbanın oturduğu ofisə tərəf yürüş edib.

 

“Reuters” agentliyinin hazırladığı reportajlardan məlum olub ki, etiraz yürüşünə qatılanların çoxu “İndex” oxucuları olmasa da, ölkədəki müstəqil mediaya dəstək üçün qatılıblar. 


Qeyd edək ki, “İndex” xəbər saytı Macarıstanda ən çox oxunan müxalif yönümlü media orqanı kimi tanınır. Sözügedən media orqanının bir qismini keçən həftələrdə Baş nazir Viktor Orbana yaxın bir şəxsin aldığı deyilir. Jurnalistlər uzun müddətdir hazırladıqları xəbərlərə görə təzyiqlərə məruz qaldıqlarını açıqlayıblar. Ölkənin Xarici İşlər naziri Peter Szijjarto isə açıqlamasında hökümətin mediaya siyasi təzyiqindən söhbət gedə bilməz və bunun böhtan olduğunu deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş