İtaliyada COVID-19 daha 30 nəfərin həyatına son qoyub

Dünya

27.06.2020 - 03:54

Ölkə üzrə ümumi ölüm sayı 34708-ə çatıb

 

İtaliyada son 24 saat ərzində 259 nəfər koronavirusa yoluxub, 30 nəfər ölüb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da ölkə üzrə ümumi ölüm sayı 34708-ə çatıb.

 

Hazırda ölkədə 17638 nəfər koronavirus infeksiyasının daşıyıcısıdır. İndiyə qədər ölən və sağalanlar da daxil olmaqla ümumilikdə 239961 nəfər yeni virusa yoluxub.

Müəllif: Ayna.az