Fransa hökuməti “Google”dan 965 milyon avro təzminat tələb edib

Dünya

13.09.2019 - 20:34

“Google” Fransaya, ümumilikdə 500 milyon avro vergi verməli idi

 

Fransa hökuməti “Google” şirkəti ilə yaşadığı vergi probleminə görə şirkətdən 965 milyon avro təzminat tələb edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə Paris maliyyə prokurorluğu ilə “Google” arasında bu barədə razılıq əldə edilmişdi.

 

Razılığa əsasən, “Google” Fransaya, ümumilikdə 500 milyon avro vergi verməli idi.

 

Bununla bağlı Fransa Milli Məclisi hələ iyun ayında “Google”, “Apple”, “Facebook”, və “Amazon” kimi məşhur internet şirkətləri ilə müqavilə bağlamışdı. Müqaviləyə görə, internet şirkətkləri Fransadan əldə etdiyi gəlirin 3 faizini yerli hökumətə ödəməli olacaqdı.

 

Qeyd edək ki, təxminən 30 şirkətə tətbiq olunacaq vergidən Fransanın bu il 400 milyon, növbəti il isə 650 milyon avro gəlir əldə etməsi ehtimal olunur.

Müəllif: Ayna.az