Kərbəlada partlayış: <font color=red> 9 nəfər həlak olub</font>

Dünya

21.09.2019 - 05:19

İraqda doqquz nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib

 

İraqın Kərbəla şəhərində mikroavtobusda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı doqquz nəfər ölüb, dörd nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən "Al-Sumaria" telekanalı məlumat yayıb.

 

"Kərbəlanın girişində baş verən partlayış 9 nəfərin ölümü ilə nəticələnib, 4 nəfər yaralanıb", - deyə kanal bildirir.

 

Qeyd edilir ki, "KİA" markalı mikroavtobusda quraşdırılmış partlayıcı qurğu Kərbəlanın girişindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında işə düşüb. Eyni zamanda, Kərbəla vilayət şurasının üzvü Nafi əl-Mayali, "Baghdadtoday" portalına, mikroavtobusun qazla işlədiyini, yanğın baş verdiyini və nəticədə onun partladığını bildirib.

Müəllif: Ayna.az