Çernobıl qayıdır

Dünya

13.07.2019 - 17:38

Çernobıl ərazisi xarici qonaqların ziyarətinə açılacaq

 

1986-cı ildə partlayan Çernobıl Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi ərazi turistlərin gəzintisi üçün istifadəyə veriləcək.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, 20-ci əsrin ən dəhşətli hadisələrindən biri hesab edilən Çernobıl fəlakətindən 33 il sonra həmin ərazi xarici qonaqların ziyarətinə açılacaq. Ukrayna Prezidenti Valdimir Zelenski ötən gün bölgədə yenidən qurma işlərinin görülməsi üçün sərəncam imzalayıb. Prezident bu qərarla bağlı açıqlama verib: “Çernobıl fəlakəti uzun illərdir Ukrayna dövlətinin imicinə zərər verib. Artıq bu ləkəni üzərimizdən təmizləmək vaxtıdır. Bura dünyadakı yeganə bölgədir ki, belə böyük partlayışdan sonra təbiət özünü yenidən bərpa etməyə başlayıb. Ona görə də biz Çernobılı, turistlərin, alimlərin, tətqiqatçıların istifadəsinə verəcəyik”.

 

Qeyd edək ki, hələ də partlayışın olduğu ərazidə yüksək radioaktiv şüalanma müşahidə edilsə də, hər il yüzlərlə turist Çernobıli ziyarət edir.

Müəllif: Ayna.az