Yohannesson seçicilərin 92 faizindən çoxunun səsini qazanıb
İslandiyada dünən keçirilən prezident seçkilərinin nəticələri məlum olub. AYNA xarici KİV-ə istinadən bildirir ki, ölkənin hazırkı Prezidenti Qudni Yohannesson seçkilərdə yenidən çox səs toplayaraq qalib olub.
İlkin hesablamalara görə, Yohannesson seçicilərin 92 faizindən çoxunun səsini qazanıb. Seçkilərində ölkənin 168 min 821 vətəndaşı, yəni seçicilərin 66,9 faizi iştirak edib.
Avropada ekspertlər Yohannessonun qələbəsinin gözlənilməz olmadığını hesab edirlər. Çünki, heç bir partiyanın üzvü olmayan 52 yaşlı siyasətçi əvvəldən də seçkilərin favoriti sayılırdı.
Qeyd edək ki, Yohannesson ilk dəfə 2016-cı ildə ölkə başçısı seçilərək İslandiya tarixində ən cavan prezident olub.