Qərarın bir sıra sosial məsələlərə də müsbət təsir edəcəyi gözlənilir
Səudiyyə Ərəbistanında qadınlara kişilərin müşayiəti olmadan maşın sürməyə icazə veriləcək.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, yeni qərara əsasən, 21 yaşına çatmış qadınlar həm də pasport almaq üçün müraciət edə biləcəklər.
Səudiyyə Şahzadəsi Məhhəməd bin Salmanın rəhbərliyi altında elan edilən qərarın bir sıra sosial məsələlərə də müsbət təsir edəcəyi gözlənilir.