Netanyahudan ərəbcə təhdid: “Seyr edin və görün”

Dünya

02.09.2019 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

İsrail İran və Hizbullaha qarşı növbəti həmlələrə başlayır

 

İsrailin Baş Naziri Benyamin Netanyahu “xalq düşmənləri”nə ərəb dilində xəbərdarlıq edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu ərəbcə “seyr edin və görün” xəbərdarlığını edib.

 

Bundan sonra Livanla münasibətlərin kəskinləşdiyini bildirən Baş Nazir, həmçinin İran və “Hizbullah”a qarşı da təbliğat aparmağa başladıqlarını deyib.

 

Qeyd edək ki, 2006-cı ildə İsrailin Livana hücum etməsi ilə başlayan müharibədə, İsrail ordusu bu günə qədər çox sayda mülki şəxs və hərbçi itirib, “Hizbullah” təşkilatının isə yüzlərlə döyüşçüsü öldürülüb.

 

Öz növbəsində Livan hökuməti də İsraili ittiham edib. “İsrail Livan torpaqlarına qəsdən girib və qətliam törədib”.

Müəllif: Ayna.az