İranda koronavirusdan ölənlərin sayı azalıb

Dünya

17.07.2020 - 18:01

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada qonşu ölkədə 2 min 379 nəfər virusa yoluxub

 

Qonşu ölkə İranda koronavirusa yoluxaraq ölənlərin sayı azalıb. AYNA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari məlumat verib. O bildirib ki, son sutkada İranda 2 min 379 nəfər virusa yoluxub, 183 nəfər isə vəfat edib.

 

Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 269 min 449 nəfərə, ölənlərin sayı isə 13 min 791-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 232 min 873 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 509 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş