ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Dünya

01.11.2019 - 07:31

Həkimlər Klinikalar SEO Xidməti

Maykl Pompeo İran rejiminin nüvə proqramına qarşı məhdudiyyətlər tətbiq etməkdə davam edir

 

ABŞ İranın tikinti sektorunu, nüvə və raket proqramları üçün istifadə edildiyi güman olunan bir sıra materialları siyahıya əlavə edərək bu ölkəyə qarşı sanksiyaları genişləndirib. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin xəbərində deyilir.

 

Bununla bağlı yayılan müvafiq sənəddə bildirilir ki, dövlət katibi Maykl Pompeo İran rejiminin nüvə proqramına qarşı məhdudiyyətlər tətbiq etməkdə davam edir. Qərar İranın nüvə proqramı arxasında müşahidəni saxlamağa, yayılma risklərini azaltmağa, nüvə silahının əldə edilməsi üçün "sıçrayış vaxtı"nı azaltmağa kömək edəcək.

 

Xüsusi halda, sanksiyalara İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıq-aydın və ya qismən nəzarət etdiyi tikinti sektoru düşüb. Bununla əlaqədar İrana işlənməmiş və ya yarımişlənmiş metalların, qrafitin, kömürün satışı, çatdırılması və ötürülməsi qadağan edilir.

 

Bundan başqa, qadağalar materialların (polad boru növləri, folqalar və s.) dörd növünə də tətbiq edilir, hansılar ki, ABŞ-ın fikrincə, nüvə və ya raket proqramlarında istifadə edilə bilər.

 

Müəllif: Ayna.az