İranda hərbi baza yaxınlığında partlayış

Dünya

26.06.2020 - 13:42

Bazaya ciddi ziyan dəyməyib, ölən və xəsarət alan yoxdur

 

İranın Müdafiə Nazirliyinin Tehrandakı hərbi bazalarının birinin yaxınlığında güclü partlayış baş verib. Bu barədə AYNA İran mətbuatına istinadən xəbər verir.

 

Partlayış bazanın yaxınlığında qaz sızması nəticəsində baş verib. İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi bildirib ki, hərbi bazaya ciddi ziyan dəyməyib, ölən və xəsarət alan yoxdur.

Müəllif: Ayna.az