Vaxt çatdı və Moskva Ankaradan xəbər gözləyir

Dünya

09.07.2019 - 12:03

“S-400” zenit raket kompleksi bu gün Tver şəhərində yerləşən hərbi bazadan yola çıxacaq

 

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksinin bu gün Türkiyəyə yola salınması gözlənilir. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, komleks Türkiyəyə göndərilmək üçün hazırdır.

 

Moskva tərəfi Ankaradan xəbər gözlədiklərini və bütün təchizatın təyyarələrə yüklənib hazır vəziyyətdə olduğunu bəyan edib. Məlumata görə, “S-400”lər Tver şəhərində yerləşən hərbi bazadan yola çıxacaq.

 

Sözügedən kompleksin quraşdırılması üçün 9 nəfərdən ibarət texniki heyət bir müddətdir Türkiyəyə gəlib. İlkin mərhələdə “S-400”lərin bir hissəsi Türkiyəyə göndəriləcək, növbəti mərhələdə davamının yola salınma vaxtı müzakirə olunacaq.

Müəllif: Ayna.az