Trampdan müəmmalı paylaşım

Dünya

27.10.2019 - 09:38

Donald Tramp: "İndicə tale əhəmiyyətli bir şey baş verib"

 

ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri əhəmiyyətli hadisənin baş verdiyini bildirib.

 

"İndicə tale əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.

 

Bu səbəbdən də sosial şəbəkə istifadəçiləri paylaşımla bağlı suallar veriblər. Bəziləri "Hillari (Hillari Klinton-red) həbs edilib?", - deyə soruşublar. Bir sıra sosial şəbəkə istifadəçiləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib.

 

Müəllif: Ayna.az