Partlayışı törədənlər hadisə yerinə gələn polislərə də atəş açıblar
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Kabildə Müdafiə Nazirliyinin qarşısında bomba partladılıb.
Partlayışı törədənlər hadisə yerinə gələn polislərə də atəş açıblar. Nəticədə 50 nəfər yaralanıb. Polis və hərbçilər şəhər mərkəzində təhlükəsizlik tədbirləri üçün bəzi küçələri bağlayıblar.
Qeyd edək ki, hazırda Qətərin paytaxtı Dohada “Taliban” üzvləri ilə ABŞ təmsilçiləri arasında görüş keçirilir. Siyasi müşahidəçilər Kabildəki partlayışın belə bir görüş ərəfəsində baş verməsini təsadüf hesab etmirlər.