İranda bir gündə 215 nәfәr koronavirusdan ölüb

Dünya

24.07.2020 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Son sutka ərzində 2 min 489 nәfәr virusa yoluxub

 

İranda son sutka әrzindә 215 nәfәr koronavirusdan ölüb. AYNA xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Lari məlumat verib. Belәliklә İranda bu virusdan ölәnlәrin sayı 15 min 289 nәfәrә yüksәlib.

 

Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 min 489 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 286 min 523 nәfәrә çatıb. Virus daşıyıcılarından 3 min 653 nәfәrin vәziyyәti ağırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş