Mayk Pompeo: “Bu tədbir İran rejimini kritik gəlirdən məhrum etmək məqsədi daşıyır”
ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ tərəfinin İran neftinin nəqlinə görə Çinə qarşı sanksiya tətbiq etmək qərarına gəldiyini söyləyib. AYNA APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, sanksiyalar Çinin bu ölkəyə qarşı tətbiq etdiyi qadağalara baxmayaraq, İrandan neft nəql etdiyinə görə tətbiq edilir.
Pompeo bu cür hərəkətləri ABŞ-ın İrana maksimum təzyiq göstərməsi ilə əlaqələndirib. “Bu tədbir İran rejimini kritik gəlirdən məhrum etmək məqsədi daşıyır”, - Pompeo belə deyib.
O, qeyd edib ki, sanksiyalar bəzi Çin şirkətlərinə və beş işçisinə şamil olunacaq.