Hindistanda bir qəzada 16 nəfər həyatını itirib

Dünya

28.08.2019 - 12:26

Qəzada xəsarət alan 5 nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib

 

Hindistanın Uttar Pradeş əyalətində baş verən zəncirvari qəzada 16 nəfər həlak olub, 5 nəfər yaralanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, magistral yolda hərəkət edən bir yük maşınının qəzaya uğraması, arxadan gələn digər 2 yük maşınının da qəza törətməsinə səbəb olub.

 

Daxili İşlər Nazirliyindən verilən açıqlamada, 1 qadın və 3 uşaq da daxil olmaqla 16 nəfərin hadisə yerində öldüyü, 5 nəfərin isə ağır yaralandığı qeyd olunub. Xəsarət alanların xəstəxanaya yerləşdirdiliyi bildirib.

Müəllif: Ayna.az