Erməni qadın Çavuşoğlu ailəsinin şikayətinə əsasən tutulub
Bir neçə gün əvvəl "Twitter"də Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və ailəsi haqqında təhqiramiz məlumat yayan erməni Arlet Natali Avazyan polis tərəfindən saxlanılıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməni qadın sosial şəbəkədə paylaşdığı fotonun M.Çavuşoğlunun ailəsinə aid olduğunu iddia edib.
Erməni fotoya belə şərh yazıb: “1988-ci ildə Mövlud Çavuşoğlu ailəsi. Nazirin atasının ləqəbi oğru kürd Osman Ərzurum Xorasandan sürgünlə gediblər”.
Məlumatda bildirilir ki, erməni qadın Çavuşoğlu ailəsinin şikayətinə əsasən tutulub.
Maraqlısı ondadır ki, ermənin həbsi ilə bağlı xəbəri də Cumhuriyyət Xalq Partiyasından olan ( CHP) İstanbul millət vəkili Sezgin Tanrıkulu böyük təəssüf hissi ilə öz sosial şəbəkə hesabında paylaşıb: “Sevgili Natali Avazyan Çavuşoğlu ailəsinin şikayətinə əsasən polis tərəfindən saxlanılıb və gecəni Alanya Cumhuriyyət Baş Prokurorluğunda keçirəcək. Məsələni izləyirəm”.