İranın neft tankerləri partladılıb

Dünya

11.10.2019 - 13:43

Tanker heyyətinin baş verən yanğını nəzarətə götürdüyü və heyyət arasında itki olmadığı bildirilir

 

İran rəsmiləri Qırmızı dənizdə neft tankerlərinin partlamasından sonra hadisəni nəzarətə götürdüklərini açıqlayıblar.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, neft tankerində baş verən partlayış böyük yanğına səbəb olub.

 

İran mətbuatından verilən məlumatda, tanker heyyətinin baş verən yanğını nəzarətə götürdüyü və heyyət arasında itki olmadığı bildirilib.

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə nəzarət edən nümayəndəsi Pete Peaganon isə hadisənin gedişatından xəbərdar olduqlarını, lakin başqa bir məlumat əldə etmədiklərini vurğulayıb.

Müəllif: Ayna.az