Tibbi maskadan istifadə də məcburi olacaq
İranda tətbiq olunan karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxmanın çoxalması və ölənlərin sayının artması hökuməti yenidən təcili tədbirlər görməyə məcbur edib. AYNA xarici mətbuata istinadən bildirir ki, bu gün İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi ilə hökumət üzvlərinin iclası keçirilib.
Ruhani deyib ki, İranın bir sıra bölgələrində karantin rejimi yenidən sərtləşdiriləcək: “Tibbi maskadan istifadə də məcburi olacaq. Virus yenidən geniş vüsət almağa başlayıb”, Prezident vurğulayıb.
İranın Səhiyyə Nazirliyi də açıqlama yayaraq vəziyyətin ağır olduğunu təsdiqləyib. Nazirliyin məlumatına görə, yoluxma və ölüm sayı çıx olduğu üçün hökumət təcili sərtləşmə haqqında qərar qəbul etməlidir
“İranın Qərbi Azərbaycan, Xuzistan, Küdüstan, Kirmanşah və Hörmüzgan vilayətlərində vəziyyət ağır olaraq qalır. Virusa yoluxma və ölüm halları əsasən bu vilayətlərdə qeydə alınır”, - deyə Səhiyyə Nazirliyi açıqlayıb.