Ərdoğan"/>

"Bizə pulla satmadıqları silahı terrorçulara pulsuz verirlər” - <font color=red> Ərdoğan</font>

Dünya

14.09.2019 - 01:53

Ərdoğan: "Bizim dediklərimizə inanmırlar, terror təşkilatının sözü ilə hərəkət edirlər"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters”ə müsahibəsində ABŞ-ın ünvanına sərt fikirlər səsləndirib.

 

AYNA xəbər verir ki, Ərdoğan ölkəsinin F-35 proqramından çıxarılmasından danışıb:

 

“PYD/YPG PKK-nın bir qoludur. Bunu Qərbə sübut etsək də, yenə inanmırlar. Daha nə deyək? Bizim dediklərimizə inanmırlar, terror təşkilatının sözü ilə hərəkət edirlər. ABŞ sərhəddə maşın-maşın silah-sursat gətirir. Bu necə müttəfiqlikdir. Teror təşkilatları bizə hücum edir, ABŞ isə onlara silah yardımı edir. NATO-da ABŞ-la müttəfiqik. Ancaq bizə pulla satmadıqları silahları terrorçulara pulsuz verirlər”.

Müəllif: Ayna.az