Rusiyadan radiasiya etirafı

Dünya

13.08.2019 - 18:32

Rusiyanın Müdafiə Nazirliyi isə ərazidə radiasiya səviyyəsinin normal olduğunu qeyd etmişdi

 

Severodvinsk şəhərində son raket partlamasından sonra bölgədəki radiasiya səviyyəsinin 16 dəfə artdığını bildiriblər.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Dövlət Meteoroloji Agentliyi “Rosgidromet” məlumat yayıb.

 

Baxmayaraq ki, Rusiyanın Müdafiə Nazirliyi partlayışdan sonra ərazidə radiasiya səviyyəsinin normal olduğunu qeyd etmişdi.

 

Qeyd edək ki, partlayış avqustun 7-də Arxangelsk vilayətinin Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində baş vermişdi. Hadisə nəticəsində ölənlərin və yaralananların çox olduğu iddia edilsə də, Rusiyanın Müdafiə Nazirliyi 2 mütəxəssisin öldüyünü, 6-nın isə yaralndığını açıqlamışdı.

Müəllif: Ayna.az