“Müqəddəs Peyğəmbər” kod adı altında keçirilən təlimlərə pilotsuz uçuş aparatları da qatılacaq
İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri iyulun 28-də hərbi təlimlərə başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təlimdə ballistik raketlər sınaqdan keçiriləcək.
SEPAH-ın komandan müavini general Abbas Nifurşən məlumat verib ki, təlimlər Fars körfəzi və Hörmüz boğazında keçirilir.
“Müqəddəs Peyğəmbər” kod adı altında keçirilən təlimlərə hərbi hava qüvvələri ilə yanaşı, pilotsuz uçuş aparatları da qatılacaq.
General qeyd edib ki, İranın “Nur” adlı süni peyki də bu təlimlərdə iştirak edəcək. Süni peyk dənizin görünməyən hissəsindən məlumatları qərargaha ötürəcək.