ABŞ Rusiya ilə imzalanmış nüvə sazişindən çıxdı

Dünya

02.08.2019 - 14:56

NATO sazişin pozulmasının səbəbkarı kimi Rusiyanı göstərib

 

ABŞ 1987-ci ildə Sovet İttifaqı ilə bağladığı və SSRİ-nin dağılmasından sonra Rusiyanın nəzarəti altına keçən “Nüvə Qüvvələri Sazişi”ndən rəsmi şəkildə imtina edib. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın yüksək səviyyəli rəsmiləri müqavilədən rəsmi olaraq ayrıldıqlarını bildiriblər.

 

"Reuters"in yaydığı xəbərdə Tramp rəhbərliyinin bu sazişdən çıxma qərarının arxasında Rusiyanın mövqeyinin olduğu qeyd olunub.

 

Digər tərəfdən, NATO da məsələ ilə bağlı bəyanat verib. NATO sazişin pozulmasının səbəbkarı kimi Rusiyanı göstərib. 

Müəllif: Ayna.az