Alovlara qərq olmuş ölkədə fövqəladə vəziyyət elan olundu

Dünya

07.09.2019 - 16:11

Yanğınların qarşısının alınmasına 500-dən çox yanğınsöndürən cəlb olunub

 

Avstraliyanın Yeni Cənubi Uels və Queensland əyalətlərində baş vermiş yanğınlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, NSW və Queensland yanğınsöndürməsindən verilən məlumata görə, dünən 100-dən çox sahədə başlayan və 51 nöqtədə hələ də davam edən meşə yanğınlarında 21 evin yandığı, minlərlə nəfərin isə azad edildiyi bildirilib.

 

Yanğınların davam etdiyi iki əyalətdə də fövqəladə vəziyyət elan edilib. Qarşıdakı 7 gün ərzində yağış gözlənilməyən regionlarda yaşayanlardan xəbərdarlıqları nəzərə almaları tələb olunub.

 

Fövqəlada hal xəbərdarlığının NSV ştatında Drake, Bees Nest, Cobarqo, Queensland əyalətində isə Binna Burra, Beechmont, Sprinqbrok, Vitheren, Numinbah Valley, Riverviev və Sarabah regionlarını əhatə etdiyi açıqlanıb.

 

NSV Kənd Yanğınsöndürmə Xidmətindən bildiriblər ki, əyalətdə çoxsaylı nöqtədə davam edən yanğınlara 500-dən çox yanğınsöndürən cəlb olunub. Onlar çətin şərtlər altında yanğınlara nəzarət etməyə və yaşayış, ticarət obyektlərini qorumağa çalışırlar. 

Müəllif: Ayna.az