Heybəli adasında yanğın olub

Dünya

13.07.2020 - 03:46

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə 5 helekopter, 2 təyyarə və yanğınsöndürən maşınlar cəlb edilib

 

İstanbulda Heybəli adada meşəlik ərazidə güclü yanğın baş verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, yanğının sondürülməsinə 5 helekopter, 2 təyyarə və yanğınsöndürən maşınlar cəlb edilib.

 

Hadisə yerinə ətraf vilayətlərdən köməkçi briqadalar cəlb olunub. Adadakı insanlar könüllü olaraq yanğının söndürülməsinə qatılıblar. Bölgədə əsən külək yanğının ətrafa sıçramasına və sürətlə yayılmasına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş