Elektron siqaretdən istifadə edənləri altı aya qədər həbs cəzası gözləyir

Dünya

18.09.2019 - 20:41

Həkimlər Klinikalar SEO Xidməti

Mütəxəssislər elektron siqaretin müxtəlif xəstəliklərə səbəb olduğunu söyləyir

 

Hindistanın Maliyyə naziri Sitharaman elektron siqaretdən istifadəyə qadağanı təsdiqləyib. Bu, o deməkdir ki, Hindistanda elektron siqaretin istehsalı, idxalı və ixracı, daşınması, satışı, paylanması, saxlanması və reklamı qadağan olunacaq.

 

Nazir qadağanın ən qısa müddətdə tətbiq olunması üçün Prezident Ram Nath Kovindın təsdiqinə təqdim ediləcəyini söyləyib.

 

Səhiyyə naziri isə bildirib ki, elektron siqaret və ya oxşar cihazları saxlayanlar altı aya qədər həbs cəzası və ya 700 dollar cərimə ilə üzləşəcək.

 

Mütəxəssislər, xüsusilə gənclər arasında məşhur olan elektron siqaretin müxtəlif xəstəliklərə səbəb olduğunu və bu vəziyyətin təhlükəli həddə çatdığını söyləyir.

 

ABŞ-da da elektron siqaret səbəbindən baş vermiş ard-arda 6 nəfərin ölümündən sonra qadağalarla bağlı mübahisələr qızışıb.

Müəllif: Ayna.az