Naməlum ölümcül xəstəlik aşkar edildi – <font color=red> Artıq ilk qurban var</font>

Dünya

14.09.2019 - 06:33

 

Ölən qadında Ebola virusu, Denge qızdırması və malyariya əlamətləri müşahidə olunub.

 

Tanzaniya sakini naməlum xəstəlikdən ölüb.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. AYNA Oxu.az-a istinadən xəbər verir ki, təşkilat ölkəyə təcili araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət komanda göndərib.

 

Bundan əlavə, ÜST Tanzaniya Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar əlavə məlumat verməyi ilə bağlı müraciət edib.

 

ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nümayəndəsi Jastin Vilyams bildirib ki, ölən qadında Ebola virusu, Denge qızdırması və malyariya əlamətləri müşahidə olunub.

 

“Lakin, görünür, bu, başqa bir şeydir”, - deyə Vilyams bildirib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə