Kabildə terror aktı törədilib

Dünya

19.07.2019 - 12:34

Hadisə nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə ağır xəsarət alıb

 

Əfqanıstanın Kabil şəhərində güclü partlayış baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, tələbələrin imtahana girmək üçün toplaşdığı bir vaxtda, universitet yaxınlığında bomba partladılıb.

 

Polisin yaydığı açıqlamada bildirilir ki, partlayış əldə hazırlanmış xüsusi bomba ilə törədilib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə ağır xəsarət alıb.

 

Qeyd edək ki, hadisənin terror aktı olduğu bildirilsə də, partlayışı kimin törətdiyi ilə bağlı dəqiq məlumat yoxdur. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az