Yaponiyada qasırğa həyatı iflic edib, ölənlər var - <font color=red> VİDEO</font>

Dünya

12.10.2019 - 23:00

Yerli hakimiyyət vətəndaşlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib

 

Yaponiyanı cənginə alan “Hagibis” qasırğası həyatı iflic edib. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, son 51 ilin ən güclü qasırğa sayılan və ən yüksək risk qrupuna aid olan "super qasırğa" səbəbiylə bu günə qədər 2 nəfər həyatını itirib.

 

Riskli bölgələrdə olan vətəndaşların təxliyə mərkəzlərinə köçdükləri bildirilir.

 

Yerli hakimiyyət vətəndaşlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib. Bəzi mobil telefon şirkətləri vətəndaşlara əlaqə saxlamaları üçün pulsuz internet dəstəyi təklif edib.

 

Baş nazir Şinzo Abe rəhbərliyin gücləndirilmiş rejimdə işləməyə davam etdiyini, qapalı məkanlarda qalmış vətəndaşlarla əlaqə qurmağa çalışdıqlarını açıqlayıb.

Müəllif: Ayna.az