Gürcüstan beynəlxalq aviareyslərə qadağanın müddəti uzadılıb

Dünya

23.07.2020 - 15:14

Qərar Paris, Münhen və Riqaya həyata keçiriləcək uçuşlara şamil edilməyəcək

 

Gürcüstan Mülki Aviasiya Agentliyi beynəlxalq aviareyslərin müntəzəm həyata keçirilməsinə tətbiq olunan qadağaların avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. AYNA gürcü mətbuatına istinadən bildirir ki, bu barədə agentlik məlumat yayıb.

 

Xəbərdə bildirilib ki, bu qərar dünyada koronavirus pandemiyasının davam etməsi ilə əlaqədardır. Bununla belə, qərar Paris, Münhen və Riqaya həyata keçiriləcək uçuşlara şamil edilməyəcək. Bu istiqamətlər üzrə nəzərdə tutulmuş aviareyslər davam edəcək.

 

Avqustun 2-dən həftədə 2 dəfə Münhenə, avqustun 8-dən Parisə və Riqaya müntəzəm aviareyslər həyata keçiriləcək.

Müəllif: Ayna.az