İsrail ordusu ilə bağlı ağlasığmaz iddia

Dünya

05.08.2019 - 12:41

"Hava hücumundan müdafiə sistemi xərçəng yaradır?"

 

İsraildə hava hücumundan müdafiə sistemində çalışan 30 əsgərin  xərçəngə tutulduğu iddia olunur.

 

AYNA xəbər verir ki, İsraildə "Kanal 13"ün jurnalisti Adam Şefer öz "Twitter" hesabında məlumat yayıb. Jurnalist "Dəmir günbəz" sistemində çalışan 30 əsgərin xərçəng olduğunu bildirib.

 

Şefer İsrail əsgərlərinin xəstəliyi ilə havadan müdafiə sistemi arasında bir əlaqənin olub-olmadığını araşdırmağa çalışdığını da qeyd edib.

 

İsrail ordusu və televiziya kanalı isə bu barədə heç bir açıqlama verməyib.


Qeyd edək ki, "Dəmir günbəz" raketdən müdafiə sistemi qısa mənzilli raketlərə qarşı istifadə olunur.

Müəllif: Ayna.az