Fransada kilsədəki yanğınla bağlı bir mühacir saxlanılıb

Dünya

19.07.2020 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Katedralda yanğının qədsən törədilməsi istisna edilmir

 

Fransanın Nant şəhərində 15-ci əsrdə inşa olunan Müqəddəs Pyotr və Paul kilsəsində baş verən yanğın hadisəsi ilə bağlı bir şəxs saxlanılıb. AYNA xarici mediaya istinadən bildirir ki, saxlanılan şəxs 39 yaşlı mühacirdir.

 

Həmin şəxs katedralda könüllü olaraq işləyirmiş. Yanğın olan gün həmin gözətçi qapını bağlamalı imiş ki, bunu etməyib. Polis saxlanılan şəxs ətrafında araşdırma aparıldığını açıqlayıb.

 

Məbəddəki yanğın yerli vaxtla təxminən 17:30 radələrində baş verib və həmin gün axşam saatlarında söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Prokurorluq yanğının qəsdən törədilə biləcəyini istisna etmir.

 

Qeyd edək ki, kilsənin inşasına 1434-cü ildə başlanılıb. Bu, Fransadakı ən böyük kilsələrindən biridir. Hündürlüyü məşhur Notr Dam katedralından cəmi altı metr azdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş