Yeni doğulmuş nəvəsinə spirtli içki verdi, körpənin ölümünə səbəb oldu

Dünya

18.07.2019 - 22:58

Çinin Pekin şəhərində bədbəxt hadisə yaşanıb. Belə ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub. AYNA medicina.az-a istinadən xəbər verir ki, hadisə körpənin 1 aylığını qeyd edərkən baş verib.
 
 
Qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək üçün bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz. Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb.
 
 
Halı pisləşən balacanın yarım saatdan sonra nəfəsi kəsilib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Həkimlər körpənin ülümünə səbəb sipirtli içkinin oluğunu deyiblər. Bundan başqa bildiriblər ki, körpələrdə alkaqol mərkəzi sinir sisteminə böyüklərə nisbətən daha sürətli  təsir edir. Köpə ana südü ilə qidalandığına görə daha tez müddətdə ölüm baş verib. Həkimlərin sözlərinə görə ümumiyyətlə süd verən ana spirtli içkidən uzaq durmalıdır. Əks halda da uşaqda zəhərlənmə baş verə bilər.
Müəllif: Ayna.az